7 C
Baku
Sunday, December 15, 2024

İstilik və isti su sayğaclarının quraşdırılmasına başlanılıb

“Azəristiliktəchizat” ASC istehsal və əməliyyat səməriliyini artırmaq, uçot sistemini təkmilləşdirmək, həmçinin istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlayıb.

Bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılıb və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılmasına başlanılıb.

İlham Mirzəliyev qeyd edib ki, layihə nəticəsində istilik və isti su məqsədləri üçün istilik enerjisinin istehsalının və çatıdırlmasının resurs və maliyyə tələbi daha dəqiq müəyyən olunacaq, xidmət keyfiyyətinin yüksəldilməsi, istehsal prosesinin daha səmərəli təşkili təmin edilməklə, istehlakçı məmnunluğunun artırılması üçün əsaslı zəmin yaradılması mümkün olacaq.

Bundan başqa, isti su təchizatının sayğaclaşdırılması ilə bağlı əlavə tədbirlər görülməkdədir və mövcud isti su sayğaclarının yenilənməsi üçün Azərbaycanda yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq 3500 ədəd isti su sayğacının alınmasına dair müqavilə imzalanıb və artıq sayğacların yenilənməsi işlərinə başlanılıb.

Hazırda istilik sayğacları quraşdırılmadığı hallarda istilik təchizatı xidmətləri əhali istehlakçıları üçün mənzilin 1 kvadrat metr yaşayış sahəsinə görə, qeyri əhali istehlakçıları üçün binanın 1 kub metr tikinti həcminə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən müəyyən etdiyi tariflərlə hesablanır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər