5 C
Baku
Saturday, December 14, 2024

İstirahətdən sonra işə necə uyğunlaşmalı?

İş zamanı istirahət barədə düşüncələr ilhamverici və hətta ən yaxşı stimul ola bilər. Lakin istirahət zamanı iş barədə düşünmək insana bir o qədər də xoş emosiyalar bağışlamır. İstirahətdən işə geri döndükdə gərgin və stressli işə ilk anda uyğunlaşmaq düşünüldüyü qədər də asan olmur. İstirahət abu-havasından çıxıb ofis şəraitinə uyğunlaşmaqda bir neçə məsləhət sizə kömək edə bilər.

İlk əvvəl istirahətdən sonra işə çıxmaqda çətinlik törədən səbəbləri müəyyən etmək lazımdır. Psixoloqlar bildirirlər ki, məzuniyyətin qeyri-düzgün təşkil edilməsi orqanizmin iş qabiliyyətinə təsir edir. Ən yaxşı variant olaraq 2-3 həftə hesab olunur və bu zaman müddətində iş rejimindən bütünlüklə azad olmaq və lazımınca dincəlmək olar.

Yorğunluğun bir səbəbi də asudə vaxtın düzgün qurulmaması hesab olunur. Zamanı planlarınızı tam əhatə edəcək şəkildə bölün və etməli olduqlarınızı istirahətin son günləri deyil, ilk başdan etməyə çalışın.

İş rejiminin yenidən bərpa edilməsi üçün psixoloqlar bir neçə məsləhət verir. Məzuniyyət ərzində uzaq bir yerə səyahət etməyi planlaşdırırsınızsa istirahətin bitməsinə bir neçə gün qalmış evə dönməyə çalışın. Belə adaptasiya prosesi rahat keçəcək. Bundan əlavə, uzun səyahətdən sonra orqanizmə istirahət lazımdır.

Həmçinin psixoloqlar işdən sonra ailə ilə birgə asudə vaxtın təşkil edilməsini məsləhət görürlər. Və ən əsası işə qayıdışı bir bayram olaraq qəbul edin, belə ki, öz əməkdaşlarınızı yenidən görəcək, nə isə yeni bir şey öyrənəcək, öz bacarıq və peşəkarlığınızı artıracaqsınız.

Son xəbərlər
Digər xəbərlər