Elektrotexnika və energetika sahəsində fəaliyyət göstərən İsveç-İsveçrə konserni “ABB” Rusiya bazarını tərk edir. Bəyanatda qərarın Rusiyanın Ukraynada davam edən xüsusi əməliyyatı və beynəlxalq sanksiyalarla bağlı qəbul edildiyi vurğulanır. “TASS”ın məlumatına görə, ABB-nin Rusiya müəssisələrində təxminən 750 nəfər çalışır.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Şirkətin Moskva və Lipetskdə yerləşən iki istehsal sahəsi, eləcə də bir neçə xidmət mərkəzi var. ABB yeni sifarişləri qəbul etməyi dayandırmazdan əvvəl Rusiyanın payına qrupun illik gəlirinin təxminən 1-2%-i düşüb.
Fevralın 24-dən 1000-ə yaxın xarici şirkət Rusiyanı tərk edib. Agentliyin həmsöhbətinin sözlərinə görə, indi müəssisələr ümumiyyətlə Rusiyada işləməyə davam etməkdə çox risk görürlər.