İsveçin kimyəvi təmizləmə və camaşırxana üçün avadanlıq istehsal edən “Electrolux Professional” şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını və biznesin yerli idarəçiliyə verildiyini açıqlayıb.
“Mövcud vəziyyətdə Rusiyada biznes fəaliyyətini davam etdirməyin qeyri-mümkün olduğu qənaətinə gəlindikdən sonra “Electrolux Professional” bu ölkədəki fəaliyyətini dayandırır. Beləliklə, “Electrolux Professional” Rusiyadakı fəaliyyətini yerli idarəçiliyə verir”, – şirkətin saytında yayımlanan bəyanatda deyilir.