6 C
Baku
Saturday, December 14, 2024

İsveç və Finlandiyanın NATO-ya üzv olmasını alyansın 28 ölkəsi ratifikasiya edib

Demək olar ki, bütün NATO ölkələri İsveç və Finlandiyanın alyansa üzv olmasını ratifikasiya edib, bunu İsveçin Baş naziri Ulf Kristersson mətbuat konfransında deyib. NATO-nun baş katibi Yens Stoltenberq də İsveç və Finlandiyaya təzyiq ediləcəyi təqdirdə onlara dəstək olacağına söz verib.

Qeyd edək ki, Blokun 30 ölkəsindən yalnız ikisi, Macarıstan və Türkiyə İsveç və Finlandiyanın ona daxil olmasını ratifikasiya etməyib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Budapeşt yaxın günlərdə bu məsələyə baxa bilər. Türkiyə bu ölkələrin NATO-ya üzvlüyünə yalnız bir sıra şərtlər, o cümlədən Ankaranın terror fəaliyyətində iştirak etdiyini güman edən şəxslərin ekstradisiyası şərti ilə razılaşıb.

Son xəbərlər
Digər xəbərlər