İsveçin bir çox yerlərində daha az gedilən kilsələr enerji xərclərini azaltmaq məqsədilə bu qış qismən bağlanacaq.
Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
“P4 Radio Halland” Hallanddakı Getinge-Oskarströms camaatının yeddi kilsəsindən üçünün bağlanacağını bildirib. Qış mövsümü boyu açıq qalacaq kilsələrdə isə temperatur 18 dərəcəyə endiriləcək.
Keşiş Joachim Franzen radioya açıqlamasında belə deyib: “Bu tədbir büdcəmizi balansda saxlamaq və cəmiyyətin qalan hissəsi ilə açıq şəkildə həmrəylik nümayiş etdirmək üçündür”.
Lund Yeparxiyasından Andreas Mansson isə enerjiyə qənaət etmək üçün yeparxiyanın 540 kilsəsindən 150-nin bu qışda tamamilə və ya qismən bağlana biləcəyini deyib.