7 C
Baku
Thursday, December 12, 2024

İsveçrə ölkənin ilk kriptovalyuta fondunu təsdiq edib

“SEBA Bank” İsveçrədə qeydiyyatdan keçmiş investisiya fondlarına rəqəmsal aktivlər təqdim etmək üçün tənzimləyici orqanların təsdiqini alıb.

Banker.az xəbər verir ki, çərşənbə günü İsveçrənin Maliyyə Bazarlarına Nəzarət orqanının (FINMA) “SEBA”ya lisenziya verməsi barədə məlumat yayılıb.

“Bu lisenziya firmaya bank kimi fəaliyyət göstərməyə imkan verir və likvid investisiya fondu mənbəyini yaradır”, – deyə “SEBA” bankının baş direktoru Qvido Büler söyləyib. Bir qayda olaraq, kriptovalyuta fondları müştərilərin daxil olması və ya çıxması üçün məhdudiyyətlə ehtiva edən alternativ strukturlardan istifadə edir.

“Bu lisenziya institusional və pərakəndə müştərilərə fond strukturları vasitəsilə kriptovalyutalara investisiya qoymağa imkan verir”, – deyə Büler “Coindesk”ə verdiyi müsahibədə qeyd edib. “Bu o deməkdir ki, indi müəssislər kriptovalyuta fondlarını likvid aktiv olaraq yaratmaq qabiliyyətinə malikdir”.

Qeyd edək ki, bu lisenziyanı əldə etmək üçün “SEBA” İsveçrənin kriptovalyuta brokeri ilə əməkdaşlığa başlayıb. “İnstitusional yeritmə hələ başlanğıc mərhələdədir, çünki bir çox imkanlar bazarın tələblərindən geri qalır”, – deyə Büler fikrini sonlandırıb.

Son xəbərlər
Digər xəbərlər