7 C
Baku
Sunday, December 15, 2024

İsveçrədə inflyasiya 29 illik maksimuma yüksəlib

İyun ayında İsveçrədə inflyasiya illik ifadədə 3.4%-ə yüksəlib, Banker.az bu barədə İsveçrə Milli Bankının məlumatına istinadən yazır. Qeyd edək ki, bu, son ölkə üçün 29 ildə ən yüksək inflyasiya səviyyəsidir.

May ayı ilə müqayisədə qiymət artımı 0.5 faiz bəndi sürətlənib. Eyni zamanda İsveçrə Mərkəzi Bankının hədəf göstəricisi 2% təşkil edir. Göstəricini Avropa İttifaqının metodologiyasına əsasən hesablasaq, İsveçrədə inflyasiya 3.2%, digər Avrozona ölkələrində isə 8.6%-ə çatacaq.

Mütəxəssislər vurğulayırlar ki, yüksək inflyasiyanın səbəbi Rusiyanın Ukraynada başladığı müharibədir.

Son xəbərlər
Digər xəbərlər