18 C
Baku
Tuesday, April 23, 2024

İtaliya qaz istehlakını 5 milyard kubmetrdən çox azaltmaq niyyətindədir

İtaliya təxminən 5,3 milyard kubmetr yanacağa qənaət etməklə təbii qaz istehlakını azaltmaq üçün tədbirlər görəcək.

Bu barədə “Il Messaggero” qəzeti Ekoloji Keçid Nazirliyinin əsasnaməsinə istinadən məlumat yayıb.

İtaliyanın enerji istehlakına qənaətlə bağlı xüsusi planına aşağıdakılar daxildir: istilik qurğularından istifadənin azaldılması, qış isitmə mövsümündə elektrik istilik nasoslarından istifadə, soyuducuların aşağı enerji sərfiyyatı funksiyasının işə salınması, televizorda gözləmə rejimindən istifadənin qadağan edilməsi və digər tədbirlər.

Sənəd Avropa səviyyəsində Rusiyadan qaz tədarükündə mümkün fasilələrə hazırlaşmağa imkan verəcək yanacaq ehtiyatlarını təmin etmək üçün nəzərdə tutulub. Bu cür qənaət tədbirləri binaları qızdırarkən temperaturun 1 dərəcə azalmasına səbəb olacaq.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər