15 C
Baku
Wednesday, April 24, 2024

İtaliya sərhədlərini turistlər üçün açmağa hazırlaşır

İtaliya koronavirus pandemiyası səbəbindən dayandırılmış turist qəbulunu bu yay bərpa etməyi planlaşdırır.

Bu barədə İtaliyanın Rusiyadakı səfiri Paskuale Terraççano jurnalistlərə bildirib.

Xatırladaq ki, bir qədər əvvəl italiyalı nazirlər xarici turistləri ölkəyə iyunun 2-dən etibarən buraxmağı planlaşdırdıqlarını bildiriblər.

“Təsdiq edirəm ki, belə bir ehtimal nəzərə alınır. Fikrimcə, bu, yayda baş verə bilər. Məhz iyunun 2-də olacağına söz verə bilmərəm, amma şübhəsiz ki, bu yay turist axını bərpa olunacaq”, – səfir bildirib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər