İtaliyada benzinin bir litrinin qiyməti 2 avronu keçərək rekord həddə çatıb.
Roma və Milan şəhərlərində benzinin qiyməti son həftə ərzində 4 faizədək bahalaşaraq 2 avronu keçib.
Bu, 2014-cü ildən bəri rekord göstəricidir.
Məlumata görə, şəhərlərarası yollarda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində benzin 2,2 avroya satılır. Dizel yanacağının bir litrinin qiyməti isə 1,7-1,9 avro arasında dəyişir.