28 C
Baku
Saturday, July 27, 2024

İtaliyada inflyasiya artıb

Dekabrda İtaliyada inflyasiya səviyyəsi əvvəlki aya nisbətən 0.2 faiz, illik müqayisədə isə 0.6 faiz artıb.

Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilir ki, ötən ay inflyasiya səviyyəsi 2022-ci ilin dekabrına nisbətdə 11.6 faiz azalıb. Ötən il ərzində istehlak qiymətləri isə orta hesabla 5.7 faiz artıb. 2022-ci ildəki 8.1 faizlik göstərici ilə müqayisədə qiymətlərdəki artımda kəskin yavaşlama da qeydə alınıb.

İnflyasiyanın tendensiya əsasında yavaşlaması, əsasən tənzimlənən enerji məhsullarının qiymətləri ilə izah olunur. Lakin tütün məmulatları da daxil bütün növlər üzrə milli istehlak qiymətləri indeksi aylıq olaraq 0.2 faiz, illik əsasda isə 0.6 faiz artıb. Qida sektorunda qiymətlərin orta illik artımı 9.8 faiz təşkil edib.

İnflyasiya göstəricisinin 2024-cü də artım tendensiyası göstərəcəyi proqnozlaşdırılır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər