İtaliyada Ferrero şirkətinin istehsal etdiyi şokolad pastası olan Nutella tərkibində onkoloji xəstəliklərin inkişafına səbəb olan kanserogen maddələrin aşkar edilməsi səbəbindən qadağan edilib.
Bu haqda məlumatı isə The Independent nəşri verib.
Qeyd edək ki, şokolad pastası istehsalçısına qarşı Qida standartları üzrə Avropa orqanı tərəfindən ittihamlar hələ keçən ilin may ayından irəli sürülmüşdü.
Ekspertlər bildirib ki, məhsulun tərkibində olan maddənin hətta çox kiçik hissəsi belə uşaqların sağlamlığı üçün təhlükəli ola bilər.
Bunun ardınca, İtaliya ərazisində bir neçə ticarət şəbəkəsi istehsalçını boykot etməyə başlamışdı. Ferrero şirkəti isə buna cavab olaraq alıcıları ittihamların yalan, məhsulun isə təhlükəsiz olduğuna əmin etmək üçün reklam kampaniyası yaratmışdı.
Nutella məhsulunu təhlükəli edən isə palma yağıdır. Bu maddə pastaya tekstura vermək üçün istifadə olunur və buna digər yağlardan istifadə etməklə nail olmaq mümkün deyil.