17 C
Baku
Friday, April 19, 2024

İTV Yayım Şurasının yeni üzvlüyünə namizədlərin siyahısı parlamentin iclasına tövsiyə edilib

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi daxil edilib.

Komitə sədri Qənirə Paşayeva iclasın gündəliyinə daxil olan məsələ barədə məlumat verib.

İTV-nin Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:

Sahibkarlar Şurası tərəfindən:

Zeynalov Vüqar Eldar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti;

Abdullayeva İlhamə Xanlar qızı – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Gənclər təşkilatları tərəfindən:

Əliyev Azər Ruslan oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Axundova Ülviyyə Süleyman qızı – “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri.

Qadın cəmiyyətləri tərəfindən:

Yusifova Sevil Şərif qızı – Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti;

Mansurova Zərəngiz Dəmirçi qızı – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini.

Müzakirələrdən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlüyünə namizədlərin siyahısı parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi üçün gənclər təşkilatları tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər irəli sürülüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər