9 C
Baku
Thursday, December 12, 2024

IWS: Azərbaycanda “Facebook” istifadəçilərinin sayı artıb

“Facebook”un Azərbaycan üzrə istifadəçilərin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi 50,8% təşkil edib.

Bu barədə “Internet World Stats”ın (IWS) 2021-ci ilin yekunlarında dair dərc etdiyi hesabatda bildirilir.

IWS-in məlumatına görə, son bir il ərzində “Facebook”un əhali arasında nüfuz dərəcəsi 9,9 faiz bəndi artıb.

10,284 milyondan çox əhalisi olan ölkədə, bu sosial şəbəkənin istifadəçilərinin sayı 5,230 milyon təşkil edib ki, bu da bir il öncəki göstəricidən 25% çoxdur.

“Facebook” sosial şəbəkəsinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə istifadəçi sayı belədir: Gürcüstan (3,222 mln.), Ermənistan (2,071 mln.), Qazaxıstan (11,825 mln.), Qırğızıstan (3,060 mln.), Tacikistan (1,136 mln), Türkmənistan (224 min) və Özbəkistan (4,702 mln.).

MənbəApa
Son xəbərlər
Digər xəbərlər