6 C
Baku
Sunday, December 15, 2024

İxracda xurma 1-ci, karbamid 2-ci, fındıq 3-cü olub

“İxrac icmalı”nın noyabr sayına əsasən, 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,1 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 mln. ABŞ dolları və ya 42% artıb. 2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq 582,2 mln. ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6%, üzvi kimyəvi birləşmələr 40,6%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2%, alüminium və ondan hazırlanan məmulatlar 61,7%, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3% artım qeydə alınıb.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  qızıl (166,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,7 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (130 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin  oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (20,1 milyon ABŞ dolları) birinci, karbamid (19,9 milyon ABŞ dolları) ikinci və meşə fındığı  (19,7 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər