İstehlaka yararsız qida məhsulları məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Jenuessa Global Azerbaijan” MMC-yə məxsus ümumi sayı 6000 ədəd “Nevo” əmtəə nişanlı enerji içkisi “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, fiziki şəxs Diniyev Kənan Cəlal oğluna məxsus ümumi sayı 128 ədəd qablaşdırılmış turşu məhsulu, “GFC” MMC-yə məxsus ümumi çəkisi 19 ton dondurulmuş toyuq əti məhsulu “Təmiz-Şəhər” ASC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 37,5 ton müxtəlif növ qida məhsulu, “Milla Dairy” MMC-yə məxsus 7 adda 12,293 ton müxtəlif növ dondurma məhsulu isə “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.