-3 C
Baku
Sunday, December 15, 2024

Jerome David Salinger – üsyankar sitatları

Bəzi insanlar üçün sistemə qarşı etiraz onun həyatının bir hissəsidir. Bu insanlardan biri də yazıçı Jerome D.Salinger-dir. Onun “The Catcher in the Rye” romanı bir neçə gənc nəsil üçün əsl üsyankar mahiyyət daşımışdır. Bu roman sübut etmişdir ki, cəmiyyətin səndən tamamilə başqa bir şey gözləməsinə baxmayaraq özünün lazım bildiyin kimi yaşamaq olar.

  • Əgər bir xanım görüşə gözəl olaraq gəlirsə, kim onun gecikdiyinə görə əsəbləşəcək ki? Heç kim!
  • Bir insan artıq öldü deyə onu sevməyi tərgitmək olmaz, lənət şeytana, üstəlikdə o bütün canlılardan daha yaxşı idisə. Başa düşürsən?
  • Mənə heç də xoş olmadıqda daim “Sizinlə tanış olmağıma çox şadam” deyirəm. İnsanlarla birgə yaşayırsansa çox şey deməli olursan.
  • Bəzi şeylərin ümumiyyətlə dəyişməməsi yaxşı olardı. Kaş onları şüşə vitrinə qoyub heç toxunmasaydıq.
  • Bir insanın “gününü qara etmək” üçün heç də pis insan olmağa çalışmaq lazımd eyil. Yaxşı insan da son nəticədə əhvalı pozmağı yaxşı bacarır.
  • Ən pis olan odur ki, bəzən bir çox axmaqlıqlar böyük məmnuniyyət yaşadır.
  • Lənətə gəlmiş pullar! Daim onlara görə əhvalını pozmalı olursan.
  • Başa düşmürəm, əgər bu sənə xoşbəxtlik gətirmirsə ağıllı olmağın və dünyanı öz zəkan ilə heyran qoymağın nə mənası var!
  • Məni – sona qədər oxuduqdan sonra “Kaş bu yazıçı ilə dost olardım və istədiyim vaxt telefonla danışa bilərdim” dediyim kitablar maraqlandırır.
  • Bir gün gələcək və sən hara getməli olduğuna qərar verəcəksən. Dərhal qərar verdiyin yerə getməlisən. Dərhal. Bir dəqiqə belə itirməyə haqqın yoxdur. Olmaz.
  • Bir kişi aşiq oldumu, axmaqlığa başlayar.
  • İnsanlarla çətindir, onlarsız lap dözülməzdir.
  • Nə isə yaxşı bir şey etdikdə özünə nəzarət etməsəniz bunu hər kəsə nümayiş etdirməyə başlayacaqsan. Belə olduqda isə yaxşı olmayacaq.

Son xəbərlər
Digər xəbərlər