28 C
Baku
Saturday, July 27, 2024

Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis – Bank Respublika

0
Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis – Bank Respublika
Bakı
15.05.2023

Ümumi vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
  • İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İR strategiyası və planının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
  • İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
  • Elektron Hökümət Portalları ilə işləmə bacarığı;
  • MS Office proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 may 2023-cü il tarixinədək email-in mövzu hissəsində Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. [email protected]

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.