10 C
Baku
Wednesday, December 11, 2024

Əməliyyatlara dəstək üzrə mütəxəssis (axşam növbəsi) – Modenis LLC eManat

0
Əməliyyatlara dəstək üzrə mütəxəssis (axşam növbəsi) – Modenis LLC eManat
Bakı
05.07.2021

Əməliyyatlara dəstək üzrə mütəxəssis (axşam növbəsi)

Vəzifə öhdəlikləri:

· Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.
· Korporativ ticket sistemi (Jira) vasitəsi ilə qəbul olunan müraciətləri prioritetləşdirmək və prosedurlara əsasən araşdırmaq
· Monitorinq olunmuş sorğuların seçilərək prosedura əsasən işlənməsi.
· Şirkət daxili istifadəçi İT avadanlıqlarında çıxmış problemlərin aradan qaldırılması.
· İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi
· Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.

Namizədə qoyulan tələblər:

· Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək).
· Kompüter avadanlıqlarına texniki dəstək üzrə – əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair – baza biliklərinə malik olmalı ( IT Texniki dəstək və ödəmə sistemlərində iş təcrübəsi olanlara üstünlük veriləcək).
· Biznes prosesslərin idarə edilməsi haqqında ilkin biliklər.
· Analitik və alqoritmik düşünmə qabiliyyəti.
· Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
· Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı.
· Fərdi və komanda ilə işləmək qabiliyyəti.
· Dil bilikləri: Azərbaycan və Rus dilləri – yüksək səviyyədə, Ingilis dili – texniki sənədləri oxumaq və yazmaq səviyyəsində.

İş şəraiti:

– Ofis daxili;
– Əmək haqqı 600-1000 AZN
– İş rejimi növbəli (09:00-18:00, 17:00-23:00) İstirahət günü həftə içi
– Əmək haqqının 15 gündən bir ödənilməsi;
– Tibbi sığorta təminatının verilməsi;
– Nahar təminatının qarşılanması.

Digər şərtlər

İşə qəbul olunan namizəd, ödəniş vasitələri və sistemlərinin dəstəklənməsi üzrə korporativ təlimlər keçəcək, daxili prosedur və qaydalarla tanış ediləcəkdir.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Əməliyyatlara dəstək üzrə mütəxəssis (axşam növbəsi)” yazılmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər