Vəzifə: Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Departament: Daxili Nəzarət
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat və audit sahəsində)
• Kompüter bilikləri: MS Office, 1C
• Yaş: 25-35;
• İş təcrübəsi: minimum 1-2 il (daxili auditor kimi)
Vəzifə öhdəlikləri:
• Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması
• Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamaların təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin araşdırılması və müqayisəli təhlillər aparılması.
• Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamaların təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin aparılması
• Cəmiyyət üzrə təsərrüfat və digər xərclərin analizi, səmərəliliyinin və uyğunluğunun yoxlanılması
• Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nəticələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatların və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi.
Əlavə təminatlar:
• Nahar;
• Korporativ nömrə;
• Servis xidməti;
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |