Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.
Şirkət Vergi mühasibi vəzifəsinə təcrübəli işçi dəvət edir.
Tələblər:
• Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
• Pərakəndə və topdan ticarət sektoru sahəsində 5 ildən artıq iş təcrübəsi
• Vergilərə dair bütün yeniliklərdən məlumatlı olmaq və onları işdə tətbiq etmək bacarığı;
• MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq
Vəzifə və Öhdəliklər:
• Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
• Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
• Şirkətin vergi və mühasibatlıq prosedurlarında səmərəliliyin artırılması üçün təkliflərin hazırlanması və onları tətbiqi.
• Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
• Vergi yoxlanışları zamanı auditorlarla işləri koordinasiya edilməsi və tələb olunan məlumatların vaxtında və dəqiq təmin edilməsi.
• Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması.
• Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi.
• Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
• Təxirə salınmış vergilərin hesablanması.
• Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi.
• Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.
Tələb olunan kompetensiyalar:
• Riyazi təfəkkür
• Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
• Səbr, təmkin və detallara diqqət
• Təzyiq altında işləmək qabiliyyəti
• Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;
Maraqlananlar CV-lərini “[email protected]” elektron poçt ünvanına 18.12.2020-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində Vergi mühasibi yazmaq tələb olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |