17 C
Baku
Sunday, May 5, 2024

Əsas vəsaitlərin idarə edilməsi üzrə menecer – Azerconnect

0
Əsas vəsaitlərin idarə edilməsi üzrə menecer – Azerconnect
Bakı
05.01.2023

Vakansiyanın təsviri

  • Əsas Vəsaitlərin idarə edilməsi sisteminin əməliyyatlarının planlaşdırılması, təşkili və istiqamətləndirilməsi, sistemlə bağlı uyğunsuzluqların və düzgünlüklə bağlı problemlərin araşdırılması və həll olunması
  • Cari il üçün əmlak planının düzgün başa düşülməsi üçün iilin əvvəlinə illik büdcənin və investisiya qoyuluşu palnının analiz olunması
  • Əsas vəsaitlərin idarə olunması komandası, şirkətin analitikləri və yüksək səviyyəli rəhbərliklə əməkdaşlıq çərçivəsində maliyyə siyasət və proseslərinin nəzərdən keçirilməsi  və mümkün dəyişikliklər barədə məsləhətlərin verilməsi, əsas vəsaitlərin idarə olunması və izlənməsi sistemləri ilə işləmək
  • Əsas vəsaitlərin həyat tsikli ərzində onların izlənməsi və düzgün   siyahıya alınmasının təmin olunması                                              Əsas vəsaitlər üzrə siyasətlərin nəzərdən keçirilməsi və potensial düzəlişlər üçün tövsiyələrin verilməsi, Əsas vəsaitlərin idarə edilməsi komandası, büdcə sahibləri və yüksək səviyyəli rəhbərlərlə əməkdaşlıq edilməsi, Əsas vəsaitlərin idarə edilməsi sistemləri və izləmə texnologiyaları ilə işlənilməsi
  • Əsas vəsaitlərin alınmasından utilizasiyasına qədər olan müddətdə idarə olunması və izlənməsini təmin edən proseslərin hazırlanması, inkişaf etdirilməsi və saxlanması
  • Əsas vəsaitlərə düzgün xidmət olunmasını yoxlamaq və onların idarə olunması üzrə siyasətə əməl olunmasını təmin etmək üçün Əsas vəsaitlərin idarə olunması üzrə strategiyaların komanda üzvlərinə və büdcə sahiblərinə səmərəli şəkildə kommunikasiya olunması
  • Əsas vəsaitlərin idarə olunması prinsipləri və qərar qəbul edilməsi prosesləri üzrə treyninqlərin və texniki instruksiyaların hazırlanması, departamentin rəhbərliyinə biznes proseslər üzrə sənədləşmənin hazırlanması və təkmilləşdirilməsinə dəstək göstərilməsi
  • Təyin edilmiş sair işlər, xüsusi hesabatların hazırlanması

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya Maliyyə sahəsində Bakalavr və ya Magistr təhsilin olması vacibdir)
  • Maliyyə sahəsində 5 il iş təcrübəsi
  • Mükəmməl səviyyədə Azərbaycan və İngilis dil biliyi (rus dili səviyyəsi üstünlük verir)
  • Telekommunikasiya sahəsində təcrübə
  • Mükəmməl səviyyədə Microsoft Office proqramlarından istifadə bacarığı
  • Komanda işi və əməkdaşlıq
  • Güclü ünsiyyət bacarığı
  • Eyni anda bir neçə işi görə bilmə
  • Araşdırma
  • İnnovativ düşünmə
  • Analitik düşünmə qabiliyyəti
  • Detallara diqqət etmə bacarığı
  • Yeni texnologiyaların öyrənilməsi, başa düşülməsi və tətbiqi bacarığı
  • Əsas vəsaitlər və mal-materialin idarə olunması üzrə bilik və təcrübə

İşin aid olduğu sahə

KateqoriyaMenecer