12 C
Baku
Wednesday, December 11, 2024

Marketinq və kommersiya üzrə mütəxəssis – Elektron Hökumətin İnkişafı Mərkəzi

0
Marketinq və kommersiya üzrə mütəxəssis – Elektron Hökumətin İnkişafı Mərkəzi
Bakı
27.11.2020

Departament: Tərəfdaşlarla iş və kommunikasiyalar
Şöbə: Marketinq və kommersiya
Vəzifə: Marketinq və kommersiya üzrə mütəxəssis

Vəzifə tələbləri:

• Mərkəz tərəfindən təqdim edilən cari və yeni məhsul və xidmətlərin potensial tərəfdaşları ilə əlaqələri qurmaq və görüşlər təşkil etmək;
• Potensial tətəfdaş bazasını formalaşdırmaq və əlaqələri inkişaf etdirmək;
• Satış kanallarını müəyyən edərək, satış planının hazırlanması, icra edilməsi; Uyğun sahədə yerli bazarı araşdırmaq, analizlər etmək, təhlillər aparmaq.
• Yeni tərəfdaşlıq sahələri üzrə imkanları müəyyən etmək, plan daxilində yeni istiqamətlər üzrə tərəfdaşlıq görüşlərini təşkil etmək;
• Cari tərəfdaşlarla müştəri xidmətlərini inkişaf etdirmək, cari layihələr üzrə yeniliklər haqqında tərəfdaşları məlumatlandırmaq;
• Cari tərəfdaşların rəyləri əsasında məhsul və xidmətlərin təkmilləşdirmə planını hazırlamaq, məhsul və xidmətlərin inkişaf strategiyası ilə bağlı təkliflər vermək;
• Tərəfaşlıq danışıqların addımları və nəticələri haqqında rəhbərliyə hesabat təqdim etmək;
• İstifadə olunan layihələrin və xidmətlərin effektivliyinin təhlil edilməsi;
• Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərin həll edilməsi;

Təhsil tələbləri:

• Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, Marketinq istiqamətləri üzrə arzuolunandır);

Texniki biliklər:

• MS Windows, MS Office, Internet – yüksək istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
• Məqsədyönlü, operativ, yenilikçi və komandada işləmək bacarığı;
• IT, Texnologiya, Fintech və digər istiqamətlərdə bazarı tanımaq və analiz etmək qabiliyyətinə malik olmaq;

Xarici dil bilikləri:

• Yüksək Azərbaycan dili və İngilis dili bacarıqları (Rus dili arzuolunandır).

İş təcrübəsi:

• B2B satış, kommersiya, müştəri xidmətləri və marketinq sahələri üzrə minimum 3-5 il iş təcrübəsinə malik olmaq.

CV-ləri [email protected] elektron poçt ünvanına göndərməyiniz və yalnız tələblərə uyğun namizədlərin CV göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları