10 C
Baku
Friday, December 13, 2024

Məlumat analitiki – PAŞA Sığorta

0
Məlumat analitiki – PAŞA Sığorta
Bakı
14.08.2020

“PAŞA Sığorta” ASC namizədləri Məlumat analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir keçməyə dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müştəri xəritəsinin inkişafı və optimizasiyası üçün Data analizi metodlarının tətbiq etmək;
• Verilən datanı məlumata və şirkət üçün rəqabət üstünlüyünə çevirmək;
• Qərar vermə mərhələsində komandanı məlumatlandırmaq məqsədilə məhsul; xüsusiyyətləri və müştəri münasibətlərinin öyrənilməsi;
• Ehtiyac olan digər analizlərlə bağlı komandaya dəstək vermək.

BİLİKLƏR

• Kompüter elmləri, Maşının öyrənməsi (Machine Learning), Tətbiqi statistika, Ekonometrika, Riyaziyyat və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
• Python, R və bu kimi proqramlarda işləmək/ kodlaşdırmaq
• SQL və bu kimi proqramlarda analiz etmə təcrübəsinə malik olmaq
• Data vizuallaşdırma alətləri ilə işləmək
• Yüksək həcmli verilənlər bazası ilə işləmək və təhlil etmək
• A/B testləri dizayn etmək, izləmək və təhlil etmək
• Azərbaycan və rus dillərini səlis bilmək
• İngilis dilini bilənlərə üstünlük veriləcəkdir

TƏCRÜBƏ

• Minimum 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
• Sığorta sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

BACARIQLAR

• Güclü ünsiyyət bacarığı;
• Dəyişən prioritetlərə yüksək hazırlıq;
• Komanda ilə işləmək bacarığı;
• Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları;
• Intizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı.

Son müraciət tarixi: 15 sentyabr, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta