Dövlət orqanının adı : “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departament : İT İnfrastrukturun idarəedilməsi departamenti
Şöbənin adı : Sistem inzibatçılığı şöbəsi
Vəzifənin adı : Mütəxəssis
Ünvan : Bakı şəhəri, Atatürk prospekti 89/91
Vəzifə funksiyaları:
• İT sistemlərinin daimi olaraq monitorinqi;
• Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
• Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
• Mövcud servislərin dayanaqlılığını təmin etmək;
• Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
• Bütün dəyişikliklərin sənədləşdirilməsi;
• Bütün tapşırıqların intranet-task sistemi üzərində qeydiyyatı və icrası;
• Server avadanlıqlarının quraşdırılması;
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
• 24/7 mövcudluğu;
• Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
• Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Təhsil və ixtisas tələbləri
• İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsili olanlara üstünlük verilir
Peşəkar bacarıqlara dair tələblər
• Linux əməliyyat sistemlərinin (CentOS, Ubuntu) inzibatçılığı;
• Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin inzibatçılığı;
• Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi – Active Directory, Group policy;
• Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware SRM;
• Proxy və web server-lərlə bağlı iş təcrübəsi – Haproxy, Nginx, Apache, Tomcat, IIS;
• Bash Script-lə praktiki biliklər;
• Non relational bazaların qurulması və konfiqurasiyası üzrə bilik və iş təcrübəsi – Redis+Sentinel, Mongodb replica set;
• RDBMS qurulması və konfiqurasiyası üzrə iş təcrübəsi – MS SQL Always on, mysql;
• Logging texnologiyaları ilə bağlı biliklər – GrayLog, ELK, syslog;
• Sistem firewall ilə işləmək bacarığı – Iptables, Firewalld, Windows firewall;
• File transfer servisləri ilə işləmək bacarığı – SFTP, FTP;
• File share texnologiyaları ilə iş bacarığı – DFS, NFS, SMB sharing;
• Backup sistemləri ilə iş təcrübəsi – Veritas Backup Exec, Veeam Backup and Replication;
• High availability sistemləri ilə iş təcrübəsi – keepalived, pacemaker, windows failover cluster;
• Time servisləri ilə iş təcrübəsi – NTPd, Chronyd;
• DNS servisləri ilə iş təcrübəsi – Windows DNS, BIND,PowerDNS;
• Mail servisləri ilə iş təcrübəsi – Exchange server, Postfix+Dovecot, SMTP Relay;
• Server update repository-lər ilə iş təcrübəsi – apt-mirror, WSUS;
• Windows Server role-service və tool-ları ilə işləmək bacarığı – Skype for business, DHCP, Print server, RDS, Certificate services, Volume Activation, Windows Admin Center, Data Deduplication;
• Inventory soft-lar ilə işləmək bacarığı – OCS Inventory, Manage Engine Software Asset;
• Public data cloud sistemlərlə iş bacarığı – ownCloud, nextCloud;
• Monitorinq sistemləri ilə iş bacarığı – Centreon, Nagios;
• SAN Storage sistemləri ilə iş təcrübəsi – HPE MSA, HPE 3PAR, Lenovo Storewise, Brocade SAN switch;
• Avtomatlaşdırma tool-ları ilə iş bacarığı – Packer, Ansible;
Xarici dil bilikləri
İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
İş təcrübəsi
• Sahə üzrə iş təcrübəsi ən azı 2 il
İş yerinin əlavə faydaları
• Performansa uyğun əlavə ödənişlər
• Həm komandada, həm də müstəqil tapşırıqlar
• Şəxsi inkişaf imkanları
• Tibbi Sığorta
Son müraciət tarixi: 02.09.2020-ci il
Müraciət üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |