Ümumi vəzifə öhdəlikləri:
- Problemli kredit portfelinin analizi və təhlili;
- Yığım üzrə işçi qrupu əməkdaşlarının fəaliyyəti üzrə nəticələrin qiymətləndirilməsi;
- Struktur bölmə əməkdaşlarının motivasiya sistemi üzrə müvafiq prosedurların icrası;
- Hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə və ya kredit sahəsi üzrə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel – yüksək səviyyədə);
- Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
- Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı;
- Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 yanvar 2022-ci il tarixinədək email-in mövzu hissəsində Analitik (Problemli kreditlərin yığımı üzrə) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |