10 C
Baku
Thursday, December 12, 2024

Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin aparıcı mütəxəssisi – Yelo Bank

0
Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin aparıcı mütəxəssisi – Yelo Bank
Bakı
17.03.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin aparıcı mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• AR MB və MBNP tələblərinə uyğun və İFRS metodologiyası əsasında ehtiyatların hesablanmasında iştirak etmək
• Kredit portfelinin müxtəlif yönümlü analizini aparmaq, daha riskli kredit məhsullarını müəyyən etmək və bu tip məhsullarda risk yaradıcı faktorları aşkarlamaq
• Qanunvericiliyə və daxili qaydalara əsasən portfelin konsentrasiyası ilə bağlı limitlərə nəzarət etmək
• Risk büdcəsinin hazırlanması
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi
• Bankın daxili hesabat formalarına və rəhbərliyin tapşırığına uyğun müxtəlif hesabatların tərtib edilməsi və hazırlanması
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi
• Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak

Tələblər:

• Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat)
• Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
• MS office: Excel, PowerPoint proqramlarından mükəmməl istifadə bacarığı (SQL bilikləri arzuolunandır)
• Verilənlərin statistik analizi bilikləri
• Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində və işlənməsində təcrübə
• Analitik qabiliyyət və işgüzar fəallıq
• Komandada işləmək bacarığı
• Detallara diqqətli və məsuliyyətli yanaşma
• Risklərin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi