16 C
Baku
Sunday, November 3, 2024

Aparıcı mühasib – Alliance Tax And Finance

0
Aparıcı mühasib – Alliance Tax And Finance
Bakı
12.12.2023

İŞ BARƏDƏ MƏLUMAT

“ALLİANCE TAX AND FİNANCE” MMC  Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir:

Namizəd üçün tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibat uçotu )
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə hesabatlarının Beynəlxalq Standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli;
  • Xüsusi analitik düşüncə və təqdim etmə bacarıqları;
  • Peşəkar səviyyədə Microsoft Office proqramlarını(xüsusilə Excel) bilməli, 1C proqramında işləmək bacarığı;
  • Dil bilikləri: Rus dili- arzuolunandır;
  • Yaş həddi: 24-40 aralığı;

İş barədə məlumat

  • Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Elektron Qaimə Faktura, Hesab Fakturaların tərtib edilməsi və göndərilməsi;
  • Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanılması və (aylıq, rüblük və illik) təqdim edilməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Anbarın izlənilməsi, yoxlanılması və nəzarətin həyata keçirilməsi;
  • Şəxsi hesab vərəqənin yoxlanılması;
  • Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əməkhaqqı ilə bağlı sənədlərin hazırlanılması, hesablanılması və müvafiq ödənişlərin həyata keçirilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi;
  • İşlə bağlı rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi;

İş rejimi

5 günlük iş qrafiki (09:00-18:00)

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş yeri: Bakı şəhəri, N.Nərimanov, Həsənoğlu 4

Əmək haqqı: 900-1200AZN

Tələblərə uyğun gələn namizədlər Cv-lərini aparıcı mühasib qeyd etməklə  [email protected] mail ünvanına göndərə bilərlər. (yalnız tələblərə uyğun gələn namizədllər müraciət etsinlər.(xanım namizədlərdən yalnız evli olanların müraciəti məqsədəuyğundur

İşin aid olduğu sahə

KateqoriyaMühasib