16 C
Baku
Thursday, April 25, 2024

Atəşgah Akademiyada satış təlimi – Ateshgah Sigorta

0
Atəşgah Akademiyada satış təlimi – Ateshgah Sigorta
Bakı
22.06.2021

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

“Atəşgah Akademiya”da ödənişsiz praktiki satış təlimlərinə START verilir!

1 həftə davam edəcək təlimlərdə iştirak et, satış incəliklərini öyrən, yüksək gəlir əldə etmək imkanı qazan!

İş təcrübəsi və Ali təhsil tələb olunmur. Tələbələr, sahibkarlar, əlavə iş axtaranlarda müraciət edə bilər.

Siz burada nə əldə edəcəksiniz:

• Uğurlu karyera qurmaq, və sığorta sahəsində real iş imkanına malik olmaq;
• Peşəkar iş mühitində çalışmaq
• Satış bilikləri;
• Biznes əlaqələr və biznesin idarə edilməsi;
• Sığorta fəaliyyətinin əsasları;
• Natiqlik və təqdimat bacarıqları;
• Kommunikasiya bacarıqları;
• Ödənişsiz təlimlər;
• Yüksək gəlir əldə etmə və İşlə təmin olunma imkanı;
• Proqramın sonunda hər bir iştirakçı Fəxri Fərman ilə təltif olunacaq.

Proqramda iştirak etmək istəyənlər öz CV-lərini “Atəşgah Akademiya” kimi qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

İşin aid olduğu sahə

KateqoriyaSığorta