15 C
Baku
Saturday, April 20, 2024

“Azərbaycan Diplomatiya Mərkəzi” işçi axtarır – Maaş 4 000 manat

0
“Azərbaycan Diplomatiya Mərkəzi” işçi axtarır – Maaş 4 000 manat
Bakı
29.11.2021

Direktor – Azərbaycan Diplomatiya Mərkəzi

Tələblər:

  • Yaş həddi 25-35 yaş arası olmalı;
  • İqtisadiyyat və idarəetmə, biznes və marketinq, idarəetmə sahəsində ali təhsilli olmalı;
  • Minimum 3 il (iki il rəhbər vəzifədə olmaq şərti ilə) iş təcrübəsi olmalı;
  • Seçim zamanı müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük verilir;
  • İdarəçilik prinsiplərini yaxşı bilməli, ünsiyyətə yönümlü olmalıdır;
  • Güclü liderlik keyfiyyətinə sahib olmalıdır;
  • Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməlidir;
  • Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
  • İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı;
  • Ezamiyyətlərə getmək imkanına malik olmalıdır;
  • Nitq danışığı və nitq mədəniyyəti;
  • Təşkilatçılıq qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olma və təşəbbüskarlıq qabiliyyəti;
  • Azərbaycan dilini sərbəst və səlist, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir;
  • Kompüter biliyi: MS Office proqramları

Vəzifələr:

  • Mərkəzin iş prinsiplərinə uyğun olaraq, struktur bölmələrin işini təşkil etmək;
  • İşin icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;
  • Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
  • Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
  • Mərkəzin qısamüddətli və uzunmüddətli fəaliyyət planlamalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
  • Mərkəz üçün yarana bilən riskləri və ya imkanlarını müəyyən etmək;
  • Müəssisənin korporativ mədəniyyət kodeksinin tələblərinin yerinə yetirilməsini təmin etmək;
  • Səmərəliliyin artırılması məqsədilə ilə yeni təkliflər vermək;
  • Mərkəzin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
  • İşçilərin vəzifələrinin keyfiyyətli və vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • İşçi komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
  • Struktur bölmənin işçilərinin işinin qiymətləndirilməsini aparmaq;
  • Mərkəzin idarə olunması ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarın verilməsi prosesində iştirak etmək;
  • Təlim və tədris, inkişaf mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
  • Yüksək səviyyəli təlimçilərin cəlb olunmasını təmin etmək;
  • Tədbirlər planınını hazırlamaq;
  • Mərkəzin iclas və müşavirələrində iştirak etmək;
  • Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların hazırlanması, tətbiqi və icra edilməsini təmin etmək;
  • Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin qurulması və idarə edilməsini həyata keçirmək;
  • Mərkəzin fəaliyyətinə nəzarət etmək, hədəfə çatmaq üçün analizlərin aparmaq və hesabatların vermək;

İş şəraiti:

  • İş rejimi 6 günlükdür;
  • İstirahət vaxtları bazar günləri və bayram günləri sayılır;
  • Ə/h: 4000 AZN

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına 10 Dekabr tarixinədək e-mailin mövzu hissəsində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər