“Kredit Evi” MMC yeni açılacaq olan Bakı filialı üçün “Birbaşa marketinq işçisi” vakansiyası elan edir.
“Birbaşa marketinq işçisi” üçün tələblər:
- Yaş həddi: 18-30 yaş
- Cins: Fərq etməz
- Ali təhsil (iqtisadiyyat, reklam və marketinq arzu olunandır);
- İş təcrübəsi: arzu olunandır ( iş təcrübəsi olanlara üstünlük verilir) ;
- Azərbaycan dilində səlis danışıq bacarığı (rus dillinidə bilənlərə üstünlük verilir);
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Verilən tapşırıqları məsuliyyətlə yanaşmaq bacarığı;
- Administrativ qabiliyyət , müştəri ilə ünsiyyət qurmaq bacarığı;
- Bazar araşdırma bacarığı, məhsul təbliği və bazara düzgün yayılmasının təşkili, təqdimat hazırlama bacarığı;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq bacarıqları.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırması aparmaq;
- Məhsullar barədə müştərilərə ətraflı məlumat vermək;
- Müştəri bazası ilə işləmək, yeni müştərilərin axtarışı;
- Yeni müştərilərin cəlb olunması məqsədi ilə flayer və bukletlərin paylanması;
- Hesabatların verilməsi;
- Bazarın monitorinqi və analizi;
- Hədəf qruplarının müəyyən edilməsi və müştəri ehtiyaclarının öyrənilməsi.
Tələblərə cavab verən şəxslər şəkilli CV-ni [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Direct Marketinq). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |