6 C
Baku
Saturday, December 14, 2024

Baş direktorun müavininin köməkçisi – İctimai TV

0
Baş direktorun müavininin köməkçisi – İctimai TV
Bakı
16.03.2023

Vakansiyanın təsviri

  • Gündəliyin hazırlanması prosesinə cavabdehlik daşıyır və nəzarət edir;
  • Rəhbər üçün korporativ sənədlərin toplanıb saxlanmasını təmin edir;
  • Həssas və mürəkkəb məsələlərin peşəkar və obyektiv şəkildə həll edilməsində iştirak edir;
  • Görüşlər öncəsi bütün məlumatların rəhbər üçün mövcud olmasını təmin edir;
  • Departament və şöbələrlə koordinasiyada olur;
  • Rəhbərin görüş qrafikini, logistikasını və gündəliyini tənzimləyir;
  • Rəhbərin icra olunmalı qərarlarının şirkətdə vaxtında və düzgün yayılmasını təmin edir;
  • Əsas korporativ sənədləri və qeydləri saxlayır;
  • Rəhbər üçün hesabatların hazırlanmasını təmin edir;
  • Sənədlərin nizamnamə və normativ tələblərə uyğun olmasını təmin edir;
  • Rəhbərin qərarlarının həyata keçirilməsinə köməklik göstərir və mütəmadi olaraq qərarların icrasının statusu ilə bağlı rəhbəri məlumatlandırır;

Xüsusi tələblər

  • Biznes, hüquq və ya dövlət idarəçiliyi sahəsində ali təhsil, magistr dərəcəsi üstünlükdür;
  • Müvafiq sahədə 3 ildən çox təcrübə, təşkilatçılıq və korporativ idarəetmə vəzifəsində təcrübəyə üstünlük verilir;
  • Təfərrüatlara xüsusi diqqət yetirməklə mükəmməl planlaşdırma və təşkilatçılıq səriştəsi və güclü inzibati bacarıqlar;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Korporativ hüquq və korporativ idarəetmə anlayışı;
  • Məxfi və son dərəcə həssas məsələlərlə bağlı sağlam düşüncə, mülahizə, diplomatiya və yüksək əxlaqi keyfiyyətlər;
  • Azərbaycan, ingilis və rus dillərində işgüzar səviyyədə səlis danışıq bacarığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər