16.11.2023
Vakansiyanın təsviri
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
- Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- İdarənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsini təmin edir;
- İlkin mühasibatlıq sənədlərinin, hesablaşmalarının və ödəniş sənədlərinin hazırlanmasını təşkil edir;
- İşçilərin əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri üzrə ödəniləcək vəsaitlərin hesablanmasını və ödənişini təmin edir;
- Bank əməliyyatlarını aparır;
- Xəzinə əməliyyatları ilə əlaqədar öhdəlik, mal alışı sənədi, kassa xərclərinin sifarişini hazırlayır;
- Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələri vergi orqanlarına təqdim edir;
- Mühasibat balansını hazırlayır və Naxçıvan MR Dövlət Statistika Komitəsinə təqdim edir;
- Aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılmasını təşkil edir;
- İdarədə satınalma prosesinin həyata keçirilməsini təşkil edir;
- Statistik və digər hesabatları hazırlayır və aidiyyatı üzrə təqdim edir;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşməni təmin edir;
- Vəzifə üzrə rəhbəlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.
Xüsusi tələblər
- Təhsilə dair tələblər: mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat ixtisasları üzrə ali təhsil
- İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: yoxdur
- Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatı İctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları, Mühasib |