Bakı
16.02.2024
Vakansiyanın təsviri
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsini, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünü təmin etmək;
- Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət etmək;
- Əməkhaqqı, məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatları və son haqq-hesab ödənişlərinin hesablanmasını təmin etmək və ödənişini həyata keçirilməsinə nəzarət etmək;
- Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
- Müqavilələrin, təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
- Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlamaq
- Vəzifə profilinə uyğun rəhbərliyin ona həvalə etdiyi digər vəzifə və tapşırıqları icra etmək
Xüsusi tələblər
- Müvafiq sahədə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 5 il təcrübə
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- Dəqiqlik və məsuliyyət
- Problemləri həll etmə bacarığı, operativlik
- Yüksək səviyyədə təqdimat bacarığı
- Yaxşı səviyyədə MS Word, MS Excel və MS Outlook bacarıqları
- Logo tiger proqramında yüksək səviyyədə işləmə bacarığı
- Yaş: 25-45
- Satış və ya distribusiya şirkətlərində təcrübə üstünlükdür.
- Peşəkar mühasib sertifikatının olması üstünlükdür.
İş yeri : Abşeron rayonu Məmmədli kəndi
İş vaxtı: Həftə içi 5 gün
Əməkhaqqı: Razılaşma yolu ilə
Nahar şirkət tərəfindən qarşılanır.
Maraqlanan şəxslər CV-ni [email protected] ünvanına göndərə bilərlər.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |