Vakansiya haqqında məlumat:
Struktur bölmə: Hüquq departamenti,Hüquqi təminat şöbəsi
Vəzifə: Hüquqi təminat şöbəsinin mütəxəssis-hüquqşünası
Əmək haqqı: Ştat cədvəlinə uygun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 24 noyabr 2020
Vəzifə Öhdəlikləri:
1. Sığorta qanuvericiliyinə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək, Cəmiyyətin aidiyyəti strukturlarını həmin dəyişikliklərlə tanış etmək;
2. Cəmiyyətin struktur bölmələrinə hüquqi yardım göstərilməsini təmin etmək;
3. Qeyri-rezidentlərlə müqavilələrdə xarici ƏDV-nin düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
4. Qeyri-rezidentlərlə müqavilə üzrə ikiqat vergitutmanın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
5. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında AR Qanununun tələblərinin riayət olunmasına nəzarətdə iştirak etmək;
6. FATCA/CRS üzrə tələblərin təmin edilməsinə nəzarəti həyata keçirmək;
7. Hüquqi uyğunluq üzrə yoxlamalar aparmaq;
8. İdarəetmə orqanları tərəfindən qəbul edilən qərarların icrasının yoxlanılmasında iştirak etmək;
9. Cəmiyyətin nizamnaməsini hazırlamaq, korporativ idarəetmə orqanlarının əsasnamələrinin hazırlanmasında iştirak etmək;
10. Qüvvədə olan qanunvericiliyin təlblərinə riayət olunmasını yoxlamaq üçün Cəmiyyətdaxili təlimatlar, qaydalar və əmrlərinin hüquqi ekspertizasını aparmaq;
Namizədə olan tələblər:
– İş təcrübəsi: Hüquqşünas sahəsi üzrə bir il iş təcrübəsi
– Təhsili/ixtisasi: Hüquq sahəsi üzrə bakalavr dərəcəsi
– Dil bilikləri: Azərbaycan- əla, İngilis dili – orta, Rus dili – orta
– Kompüter bilikləri: Microsoft Word – əla, Microsoft PowerPoint – əla, Microsoft Excel – orta
– Üstünlüklər: Maliyyə sahəsində hüquqşünas sahəsi üzrə təcrübə
– Fərdi keyfiyyət tələbləri:Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M. Useynov küçəsi 61
Əlaqə vasitələri: www.pasha-life.az; (012) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Hüquqi təminat şöbəsinin mütəxəssis-hüquqşünası” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |