12 C
Baku
Wednesday, December 11, 2024

Hüquqşünas – White Construction

0
Hüquqşünas – White Construction
Bakı
30.10.2023

Əmək haqqı: 1000 AZN
Şəhər: Bakı

Namizədə tələblər:

  • Yaş: 25-40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən yuxarı
  • Cinsi: Xanım.Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili -arzuolunandır;
  •  E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli.

İş barədə məlumat:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Mülki, Mülki – prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;
  •  Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
  • Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;
  • Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;

İş qrafiki: Hər həftə 2 dəfə olmaqla, iş saatı 10:00 – 18:00

Qeyd: Xarici təhsili olan şəxslərə üstünlük veriləcək.

Uyğun namizədlər, ŞƏKİLLİ cv-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır! [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq