6 C
Baku
Sunday, December 15, 2024

Hüquqşünas

0
Bakı
14.09.2023

Təsvir

  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti  təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Şirkət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Şirkətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  • Şirkətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, Şirkətin  kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Şirkətin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
  • Şirkət tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
  • Şirkətin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq Şirkətdaili normativ sənədlərin layihələrinin hazırlanması, Şirkətin digər struktur bölmələrinə Şirkətdaili  normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
  • Hüquq idarəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.

Tələblər

  • Hüquq sahəsində ali  təhsilinin olması;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
  • Kargüzarlıq işinin əsaslarını bilməsi;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompyuter bilikləri;
  • Məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilə bilər.

İş barədə məlumat:

  • İş qrafiki   5 gün, 09.00-18.00
  • Əmək haqqı: 1600AZN+ Bonus
  • Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

“Əlaqə nomrəsi _ +99450-218-93-46

İşin aid olduğu sahə

KateqoriyaHüquq