Bakı
14.09.2023
Vakansiyanın təsviri
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
- 6 günlük iş qrafiki, 09:00-18:00, şənbə 09:00-15:00
- Əmək haqqı razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin olunur
- Zərurət olduqda şimal regionda yerləşən layihələrə ezamiyyət
Xüsusi tələblər
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi (istehsalat, kənd təsərrüfatı sahəsi);
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |