7 C
Baku
Sunday, December 15, 2024

İnzibati işlər şöbəsinin kiçik mütəxəssisi (Resepşn) – PASHA Life

0
İnzibati işlər şöbəsinin kiçik mütəxəssisi (Resepşn) – PASHA Life
28.02.2020

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti, İnzibati işlər şöbəsi
Vəzifə: Resepşn
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 03 mart 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Müştərilərin və qonaqların qarşılanması və müvafiq şöbə ilə əlaqələndirilməsi;
2. Telefon zənglərinə cavab verilməsi və aidiyyatı şöbə ilə əlaqələndirilməsi;
3. Müştərilərin və qonaqların inzibati binaya giriş və çıxış prosedurlarının yerinə yetirilməsi;
4. Müştəri və qonaqların sorğularrının cavablandırılması;
5. Birbaşa rəhbərin digər göstəriş və tapşırıqlarını həyata keçirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb edilmir
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur
Dil bilikləri: Azərbaycan və rus dilləri yüksək səviyyədə,ingilis dilini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri: MS Office
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, keyfiyyət yönümlülük.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək İnzibati işlər şöbəsinin kiçik mütəxəssisi (Resepşn) vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta