7 C
Baku
Sunday, December 15, 2024

İR Əməliyyatları üzrə mütəxəssis – PASHA Bank

0
İR Əməliyyatları üzrə mütəxəssis – PASHA Bank
Bakı
16.03.2020

“PASHA Bank” ASC İnsan Resursları departamentində İR Əməliyyatları üzrə mütəxəssis vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Əmək haqqı hesablama sisteminə məlumatların daxil edilməsi, yenilənməsi
• Əmək haqqı hesablama sistemində mövcud əməliyyatların düzgün şəkildə işləməsinə nəzarət, lazım olduğu təqdirdə yeni infotiplərin daxil edilməsi, yeni hesabatların, əməliyyatların yaradılması üçün müvafiq müraciətlərin edilməsi
• Proses, qayda və təlimatların yazılması, həmçinin lazım olduğu təqdirdə dəyişikliklərin edilməsi
• E-gov.az hökümət portalında məlumatların yenilənməsi, bütün məlumatların əmək haqqı hesablama sistemində və şəxsi işlər ilə sinxronizasiyasının təmin edilməsi, əmək kitabçasında qeydlərin aparılması
• İR əmrlərinin hazırlanması
• Əmək müqavilələrinə əlavələrin hazırlanması
• Əməkdaşların İR ilə əlaqədar sənədlərinin hazırlanması
• Daxili və xarici mənbələrdən gələn sorğular əsasında işçilər barədə hesabatların hazırlanması
• Daxili və xarici yoxlamalar zamanı lazımı sənədlərin, məlumatların təqdim edilməsi
• Tibbi sığorta prosesinin təmin edilməsi
• Daxili elanların hazırlanması və göndərilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Ali təhsil (bakalavr dərəcəsi)
• Tələb olunan iş təcrübəsi: minimum 2 il (İR əməliyyat, kadr kargüzarlığı və ya digər İR sahələri)
• Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office, SAP(üstünlük)
• Bazar üzrə biliklər: Əmək məcəlləsi
• Yaxşı vaxt idarəedilməsi bacarığı, təzyiq altında işləmək və verilən son möhlətə çatmaq bacarığı
• Güclü ünsiyyət və danışıq bacarığı
• Komanda işi bacarığı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 30.03.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İR Əməliyyatları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi