12 C
Baku
Wednesday, December 11, 2024

İR üzrə mütəxəssis – Global Leasing

0
İR üzrə mütəxəssis – Global Leasing
01.11.2019

İşəgötürən : “GLOBAL LEASING” MMC

Vakansiya: İR üzrə mütəxəssis

Vəzifələr:

• Şirkətin İR siyasətinin hazırlanmasında iştirak etmək;
• Kadr planlaşdırılması, işə qəbul və işdən azad etmə; işçilərin tədris ehtiyaclarının öyrənilməsi və ödənilməsi; baza əmək haqqı və ona əlavələrin müəyyən edilməsi, motivasiya və qiymətləndirmə, karyera planlaşması, rotasiya və korporativ etika sistemlərinin layihələrini hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək;
• Şirkətin dövri hesabatlarını hazırlanmasını, onların icmallaşdırılmasını və təhlil edərək rəhbərliyə məlumat verilməsini təmin etmək;
• Rəhbərliyin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.

Tələblər:

• Ali hüquqi təhsilin olması;
• 1 (bir) il lizinq, bank və ya kredit təşkilatında insan resursları sahəsi üzrə təcrübə;
• Analitik düşüncə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
• Dəqiq planlaşdırma qabiliyyəti;
• MS Office proqramlarından istifadə bacarığı.

Qeyd: iş yeri Bakı şəhərində yerləşir, namizəd dövrü olaraq Bayıl və NZS qəsəbəsindəki ofislərə səfər təşkil etməlidir.

Əmək haqqı müsahibə yolu ilə təyin olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İR üzrə mütəxəssis” qeyd edərək öz CV-ni [email protected] və [email protected] email ünvanlarına göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaLizinq