İstehlak Kreditləri üzrə Menecer
Namizədlərə qarşı irəli sürülən əsas tələblər:
– Kredutləşmə sahəsində ən azı 5 illik iş təcrübəsi (İstehlak kreditleri, kredit kartları)
– İşçi heyətinin idarə olunması üzrə ən azı 2 illik iş təcrübəsi
– Kommersiya intuisiyasının mükəmməl inkişafı – biznes imkanlarını aşkarlamaq qabiliyyəti
– Cəlbetmə əminliyi
– Analitik qabiliyyət
– Dəyişikliklərə qarşı açıqlıq və hazırlıq
– Mükəmməl ünsiyyət vərdişləri və inandırmaq bacarığı
– Excel proqramından inamla işləmək bacarığı
– İngilis və ya rus dilləri biliyi
Əsas öhdəlikləri:
– İstehlak kreditləri portfelinin və kredit kartlarının təyin olunmuş plan əsasında inkişafı
– Müştərinin tələblərinə maksimal uyğunluğa nail olmaq üçün məhsulların, proseslərin və yardımçı xidmətlərin yaradılması və təkmilləşdirilməsi
– Bazarın analizi və dəyişikliklərə vaxtında reaksiya verilməsi
– Filiallarla və Anderraytinq şöbəsi ilə xidmətin keyfiyyətinin və sürətinin yüksəldilməsi üzrə fəal iş
– Kreditləşmə proseslərinin maksimum avtomatlaşdırılması üçün İnformasiya Texnologiyaları və Biznes Dəstəyi Departamentləri ilə birgə iş
– Marketinq Departamenti və Əlaqə Mərkəzi ilə birgə işləməklə, eləcə də məsafəli kanallar vasitəsi ilə təklifləri gücləndirməklə müştərilərin filiallara sabit axınının təmin olunması
– Kredit portfelinin artımının, satışın, keyfiyyətin və xərclərin monitorinqi və təhlili
– Planlardan sapıntıların aradan qaldırılması üçün tədbirlərin müəyyən edilməsi və icrası
– Filial əməkdaşlarının lazımi ixtisas səviyyəsinin təmin edilməsi
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |