2 C
Baku
Saturday, December 14, 2024

IT Direktor – Sinteks Group of Companies

0
IT Direktor – Sinteks Group of Companies
13.06.2024

Sinteks Şirkətlər qrupuna hal-hazırda  IT Direktor tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu İT infrastrukturunun idarəedilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • İT əməliyyatlarının  qaydalar çərcivəsində aparılmasına və İT heyyətin işinə nəzarət edir.
  • Şirkətin İT strategiyasını müəyyənləşdirir.
  • Şirkətin bütün İT infrastrukturunu, o cümlədən proqram və aparat vasitələrini, bütün növ rabitə vasitələrini, internet kanallarını və s. idarə edir.
  • Biznes və texnologiya ehtiyaclarıni müəyyən edir və İT resurslarından səmərəli istifadəni təmin edir.
  • İT Departamentin illik büdcəsini hazırlayir və idarə edir.
  • İT işçiləri istiqamətləndirir, təlimatlandırır və təlimlər keçir.

Təhsil:

  • İT, Mühəndislik və ya müvafiq sahədə ali təhsil
  • İT sahəsində müvafiq sertifikatlar və ya kvalifikasiyalar arzuolunandır

Təcrübə:

  • İT sahəsində ən azı 10 il iş təcrübəsi
  • İT sahəsində rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi
  • Pərakəndə satış sahəsində İT vəzifələrində iş təcrübəsi üstünlükdür

Professional biliklər:

  • Şirkətin rəqabət üstünlüklərini dəstəkləmək üçün İT vasitələrini ən yaxşı şəkildə necə tətbiq etmək barədə peşəkar biliklər
  • Təşkilatdakı biznes prosesləri və ümumi idarəetmə prinsiplərinin anlayışı
  • İT infrastrukturunun strateji idarəçiliyi üzrə biliklər
  • Layihənin idarə olunması üzrə biliklər
  • Şirkətin İT infrastrukturunun xarici İT resursları ilə qarşılıqlı əlaqəsini idarə etmək bacarığı
  • Biznes administrasiyası üzrə biliklər
  • Ən son texnologiya konsepsiyaları və tətbiqləri haqqında yüksək səviyyədə biliklər
  • Səlis İngilis dili

Professional bacarıqlar və kompetensiyalar: 

  • İT layihələrinə rəhbərlik etmək və idarə etmək bacarığıİdarəetmə bacarığı
  • Şəbəkə avadanlıqlarını effektiv şəkildə tənzimləmək bacarığı
  • Liderlik
  • Problem həll etmə
  • Strateji düşüncə
  • Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “IT Direktor” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT