6 C
Baku
Sunday, December 15, 2024

IT layihələrinin idarə olunması və biznes analitika şöbəsinin rəhbəri – eManat

0
IT layihələrinin idarə olunması və biznes analitika şöbəsinin rəhbəri – eManat
Bakı
15.10.2021

IT LAYİHƏLƏRİNİN İDARƏ OLUNMASI VƏ BİZNES ANALİTİKA ŞÖBƏSİNİN RƏHBƏRİ

Vəzifə öhdəlikləri:

• Layihələri müəyyənləşdirmək, prioritet vermək və inkişaf etdirmək üçün digər şöbə rəhbərlər ilə əməkdaşlıq edir;
• İT planlaşdırma, portfel idarəçiliyi, layihə metodologiyası çərçivəsi və resurs potensialının idarə edilməsi daxil olmaqla İT Portfolio proseslərindən məsuldur;
• İT layihə portfelində layihə idarəetmə standartlarının yerinə yetirilməsini təmin edir;
• PMO proqramına təkmilləşdirmələr aparır və sənayenin ən yaxşı təcrübələrindən istifadə olunmasını təmin edir;
• Performans idarəçiliyi, karyera artımı və inkişafı da daxil olmaqla komanda üzvlərinin nəzarətini həyata keçirir;
• Kadr planlarını yaradır. Komandanın həm daxili işçilərdən, həm də xarici kadr dəstəyindən proqnozlaşdırılan iş yükünü idarə etmək üçün lazımi şəkildə öyrədilməsini və işçilərin hazırlanmasını təmin edir. Uzunmüddətli podratçılar və/və ya işçilərin əlavə edilməsi ilə bağlı rəhbərliyə tövsiyələr verir;
• Vaxt çərçivəsini, maliyyələşdirmə məhdudiyyətlərini və layihələrin həyata keçirilməsi üçün uyğun prosesi təyin etmək üçün layihə təkliflərini təhlil edir;
• Layihə ömrü boyu layihə qrupu üzvlərinə liderlik və motivasiya verir və iş planını təsvir etmək üçün layihə işçiləri ilə məsləhətləşir;
• Layihə idarəetmə komitəsinin iclasları və vəziyyət hesabatları da daxil olmaqla layihə əlaqələrini həyata keçirir;
• Layihə risklərini və problemlərini idarə edir və azaltma planlarını həyata keçirir;
• Layihə məqsədlərinin iş məqsədlərinə uyğun olaraq yerinə yetirilməsini təmin edir;
• Layihənin vaxtında və büdcə daxilində çatdırılmasını təmin etmək üçün layihə işçilərinin fəaliyyətini istiqamətləndirir.

Texniki tələblər:

• Müvafiq sahə üzrə bakalavr təhsili mütləqdir və magistr dərəcəsi üstünlükdür;
• İT Layihələrin idarə olunması sahəsində minimum 3 il, PMO üzrə isə minimum 2 il iş təcrübəsi;
• İngilis və Rus dili bilikləri olması mütləqdir;
• PMP və ya CPM sertifikatları olması mütləqdir;
• Agile, Scrum biliklərinin olması mütləqdir;
• Task Management tətbiqlərini bilmək (Jira, trello və s.) ;
• Proqramlaşdırma biliklərinin əsas nəzəriyyələrini bilmək.

Bacarıqlar:

• Güclü kommunikasıya bacarığı;
• Güclü idarəetmə və təqdimat bacarığı;
• Problem həll etmə bacarığı;
• Təşəbbüskarlıq;
• Stressli vəziyyətlərdə həll etmək qabiliyyəti;
• Komandada işləmək bacarığı.

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT layihələrinin idarə olunması və biznes analitika şöbəsinin rəhbəri” yazılmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaİT