23 C
Baku
Friday, April 19, 2024

Kiçik şəbəkə administratoru – MilliKart LLC

0
Kiçik şəbəkə administratoru – MilliKart LLC
Bakı
20.11.2020

KİÇİK ŞƏBƏKƏ ADMİNİSTRATORU

İş barədə məlumat:

– Router, Switch və Firewall-ları təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq və yoxlamaq
– Şəbəkə problemlərini müəyyən edib, bildirmək
– Şəbəkə dayanıqlığını təmin etmək üçün tədbirlərinin görülməsi
– Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq
– Ayrılmış İP- ünvanların vaxtında qeydiyyata alınması
– Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən, yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi
– IT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək
– İş vaxtı: I-V günlər, saat 09:00-dan 18:00-dək
– İstirahət günləri – şənbə və bazar
– Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədə tələblər:

– Ali təhsil
– Tələb olunan sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalıdır
– LAN/WAN, VPN texnologiyaları üzrə biliklər
– Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər
– Switch, router, firewall avadanlıqlarının konfiqurasiyası, sazlanması və quraşdırılması üzrə biliklər
– Network istehsalçı firmalarının (Fortigate, Cisco, Lenovo və s.) məhsulları haqqında bilik və təcrübəsi olan
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
– Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi
– Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzu olunandır)
– Cisco Systems sertifikalarına (CCNA) sahib olması arzuolunandır
– Komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik, diqqətlilik, çalışqanlıq, öyrənmə qabiliyyəti olmalıdır
– Müvafiq sənədləşmə işlərini aparmaq qabiliyyəti olmalıdır
– İcraedici
– Vaxtını düzgün idarə edə bilməsi
– Nəticə yönümlü

Müraciət etmək istəyənlər CV formanızı – [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaİT