16 C
Baku
Monday, May 13, 2024

Komplayns və AML Departamentinin Direktoru – PASHA Bank

0
Komplayns və AML Departamentinin Direktoru – PASHA Bank
Bakı
18.04.2023

İşiniz nədən ibarətdir?

  • Bankın əsas qanunvericiliyə, nəzarət orqanları tərəfindən qəbul edilmiş qaydalara və standartlara, beynəlxalq tələblərə və Bankın işçilərinə şamil olunan daxili davranış qaydalarına uyğun olmasını təmin etmək;
  • Hədəflənmiş Komplayns məsələlərinin, araşdırmalarının və ya yarana biləcək problemlərin qiymətləndirilməsini istiqamətləndirmək;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, Komplayns siyasəti, maraqların toqquşması və davranış məcəlləsinin və s əlaqəli tələblərin riayət edilməsinə nəzarət və tədbirlərin görülməsi;
  • Bankın ÇPY/TM sahəsi üzrə məsuliyyət daşımaq, Bankın ÇPY/TM siyasətini və müvafiq prosedurlarını inkişaf etdirmək, Bankda hər hansı pulların yuyulması ilə bağlı sorğu və məsələnin həllini təşkil etmək;
  • Bankın çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə hər hansı qaydada cəlb olunmasının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Bank və tənzimləyici orqanlar ilə məlumat mübadiləsinə nəzarət (daxil olan məktubların cavablandırılmasına nəzarət daxil) və tənzimləyici orqanların tələbləri ilə əlaqəli lazımı tədbirlərin görülməsinin təşkili, nəzarəti;
  • Wistleblowing prosesinin təşkili və nəzarəti;
  • Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyasının və təlimlərin təşkili; Komplayns əlaqəli yeniliklərin/xəbərlərin fərqli kanallar vasitəsi ilə bankdaxili paylaşılmasının təşkili;
  • Yerli və beynəlxalq sferada ÇPY/TMM, Komplayns əlaqəli aşkarlanmış hadisələrlə, məlumatlarla (məsələn, açıq mənbələrdə öz əksini tapan neqativ məlumatlar) əlaqəli təxirəsalınmaz tədbirlərin icra edilməsi;
  • Tərəfdaşların və vendorların yoxlanması prosesinin təşkili və idarəedilməsi;
  • Nəzarətedici orqanlar və kənar auditorlarla ÇPY/TMM və komplayns üzrə əməkdaşlıq edilməsi, requlyator və kənar auditor qarşısında öhdəliklərin icrası;
  • Beynalxalq sanskiya tələblərinə nəzarət və tələblərin yerinə yetirilməsi üçün tədbirlərin görülməsi;
  • Tərəfdaşların/ müxbir bankların/ Yüksək Risk Reytinqli (HRBA) müştərilərin PL/TMM üzrə kompleks yoxlamanın (CDD) aparılması;
  • FATCA/CRS proseslərinin müəyyənləşdirilməsi, icrası və müvafiq departamentlərlə koordinasiyasına nəzarət etmək, müştərilər ilə bağlı qərarvermədə iştirak etmək, ehtiyac yarandığı təqdirdə Requlyator ilə məsələləri aydınlaşdırmaq və rəy əldə etmək;
  • Bankın bütün prosesləri, məhsulları, daxili qaydaları üzrə Komplayns və AML risklərin müəyyən edilməsi, proseslərin/məhsulların qurulması zamanı yerli və beynalxalq tələblərə nəzarətin edilməsi və rəylərin verilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyət, Hüquq və/və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi. Maqistr dərəcəsi üstünlük hesab edilir.
  • Tələb olunan iş təcrübəsi: minimum 7 il
  • Xarici dillər: Azərbaycan və İngilis dilləri (mükəmməl), Rus dili (arzuolunan)
  • Kompüter bilikləri: Microsoft Office
  • Lisenziya/Sertifikat: ACAMS (mütləq) və digər əlaqəli sertifikatlara üstünlük verilir
  • Məhsul üzrə biliklər: Bank məhsulları ilə bağlı dərin və ətraflı biliklərə, AML və Komplayns üzrə dərin biliklər, IT məhsulları üzrə dərin bilik
  • Digər biliklər: Beynəlxalq sanksiyalar, rüşvətxorluq əleyhinə Beynəlxalq standartlar, Beynəlaxalq Komplayns, FATF Standartlar, FATCA/CRS qanunvericiliyi, OECD qanunvericiliyi

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi