27 C
Baku
Saturday, July 27, 2024

Maliyyə hesabatları üzrə rəhbər – PASHA Technology

0
Maliyyə hesabatları üzrə rəhbər – PASHA Technology
Bakı
03.02.2022

 Əsas öhdəliklər:

  • Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;
  • Kənar auditorlarla işlərin koordinasiyası;
  • Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
  • Daxili hesabat sistemini inkişaf etdirmək və bu prosesin davamlı təkmilləşdirilməsini təmin etmək;
  • Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;
  • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının (1 C) işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
  • Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;
  • Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
  • Mühasibat uçotu üzrə gündəlik fəaliyyətləri idarə etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmə;
  • Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
  • ACCA / CPA üstünlük verilir;
  • AR Vergi Qanunvericiliyi və Vergilər Məcəlləsi biliyinə üstünlük verilir.

Təcrübə:

  • Bu sahədə azı 5 il iş təcrübəsi;
  • Professional Mühasib təcrübəsinin olması;
  • “Böyük dördlük” şirkətlərində 2-3 illik iş təcrübəsi olanlara üstünlük veriləcək
  • 1 C proqramı ilə iş təcrübəsi;
  • MHBS üzrə hesabat hazırlama təcrübəsi;
  • MS Excel proqramını mükəmməl bilmək;

Bacarıqlar:

  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.

Son müraciət tarixi: 15 Fevral 2022-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə