9 C
Baku
Friday, December 13, 2024

Maliyyə Təhlili Şöbəsinin mütəxəssisi – “Azərbaycan Sənaye Korporasiyası” ASC

0
Maliyyə Təhlili Şöbəsinin mütəxəssisi – “Azərbaycan Sənaye Korporasiyası” ASC
Bakı
23.10.2020
İş barədə məlumat– Maliyyə hesabatları, biznes planlar və layihələr üzrə təhlillərin aparılmasını təmin etmək, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək
– Səmərəlilik , likvidlik və uzun müddətli dayanıqlıq göstəricilərini əvvəlki dövrlərlə müqayisə edib mühüm fərqləri araşdırmaq
– Pul vəsaitlərinin hərəkətinə nəzarət edərək kənarlaşmaları, gözlənilən riskləri və əlavə imkanları təhlil etmək
– Büdcə və proqnozların təhlil olunması, faktiki xərclərin büdcə limitlərinə uyğunlugunun monitorinqi, xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
– İnvestisiyaların səmərəliliyini təhlil etmək və kənarlaşmalar üzrə mütəmadi olaraq hesabat hazırlayıb təqdim etmək
– Maliyyə və uçot şöbələrinə müvafiq hesabatların hazırlanmasında dəstək göstərmək, meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq
– Dövlət strukturları tərəfindən təqdim olunmuş sorğular üzrə maliyyə təhlillərinin aparılması
– Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək
– İş qrafiki: 1-ci və 5- ci günlər (tam iş günü)
– Nahar vaxtı: 13:00- 14:00

Namizədə tələblər– Müvafiq maliyyə və iqtisadi təhsil (bakalavr və daha yüksək)
– İxtisaslaşmış təlim-tədris müəssisə və təşkilatlarından müvafiq sertifikatlar (ACCA, CİMA, CFA və s.)
– İş təcrübəsi (minimum 3 il)
– Məsuliyyətli və intizamlı olmaq
– Biznes etikası qaydalarına riayət etmək və nümunəvi davranış
– Komandada çalışmaq bacarığı
– Vaxtın düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası
– Dəyişikliklərə çevik reaksiya vermək və tez uyğunlaşmaq

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları