16 C
Baku
Friday, April 26, 2024

Maliyyə üzrə aparıcı mütəxəssis – Lu-Mun Holding

0
Maliyyə üzrə aparıcı mütəxəssis – Lu-Mun Holding
Bakı
07.05.2021

ÜMUMİ MƏLUMAT:

Vəzifə: Maliyyə üzrə aparıcı mütəxəssis
Departament: Maliyyə departamenti
Hesabat verir: Büdcə və Hesabatlıq şöbəsinin rəisi
Yeri: Bakı, Port Baku Towers
Əmək münasibətinin növü: Tam-ştat

ROLUN MƏQSƏDİ VƏ XÜSUSİYYƏTLƏRİ:

Bu rolun məqsədi hesabatlıq, büdcə və maliyyə nəzarəti üzrə funksiyaların həyata keçirilməsi dəstək verməkdir.

ƏSAS NƏTİCƏ SAHƏLƏRİ:

– Hesabatların vaxtında və dəqiq hazırlanılması,
– Ay bağlanışı zamanı səhvlərin vaxtında aşkarlanması,
– Büdcənin vaxtında və dəqiq hazırlanılması,

VƏZİFƏ TƏLİMATLARI:

– Aylıq, rüblük və illik idarəetmə hesabatlarının/Müşahidə Şurasının hesabatlarının hazırlanılması və konsolidasiyası,
– İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanılmasında iştirak etmək;
– Ay bağlanışı zamanı mühasibatlıq əməliyyatlarının yoxlanılması.
– ERP/Mühasibatlıq sisteminin tətbiq olunması və idarəetmə hesabatlarının avtomatlaşdırılması
– Hesablama və hesablanmış müvafiq ehtiyatların yoxlanılmasında mühasiblərə kömək etmək,
– Kənar auditorlarla sıx əməkdaşlıq göstərilməsi,
– Qrupdaxili əməliyyatları aylıq olaraq uzlaşdırmaq və fərqləri araşdırmaq
– İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılmasında iştirak etmək, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsi,
– Sifarişlərin büdcəyə uyğunluğunun yoxlanılması,
– Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə qayda və prosedurların yazılması və bunlara əməl edilməsinin yoxlanılmasında iştirak etmək,
– Ödəniş sənədlərini nəzərdən keçirmək;
– Holdinqin Strategiyasının hazırlanmasında və monitorinqində iştirak;
– Hesabatlıq, büdcə və maliyyə nəzarəti üzrə digər işlər.

İŞ ÜZRƏ SPESİFİKASİYALAR:

Tələb olunan Təhsil və Təcrübə:
– Maliyyə, Mühasibatlıq uçotu və Biznesin idarəedilməsi üzrə bakalavr təhsili;
– Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
– Kənd təsərrüfatı və ya istehsalat yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
– ACCA tətbiqetmə biliklərini, ACCA PM və ACCA FR imtahanlarını müvəffəqiyyətlə keçərək bu imtahanların CIMA ekvivalentləri;

Tələb olunan Bilik, Bacarıq və Davranışlar:
– vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün işçidən tələb olunan xüsusui səriştələr və bacarıqları qeyd edin;
– Yüksək səviyyədə 1C və ya digər mühasibatlıq və Microsoft Excel proqramı bilikləri, MHBS standartlarının sərbəst tətbiqi, detallara dəqiqlik və problem həll etmə bacarığı;
– Azərbaycan-dili (əla), ingilis-dili (yaxşı), rus-dili (yaxşı);

Namizədlər öz CV-lərini [email protected] ünvanına 31 may 2021-ci il tarixinə qədər göndərə bilərlər. E-mailin “Mövzu” hissəsində “Maliyyə üzrə aparıcı mürəxəssis” vəzifənin adını qeyd edilməsi zəruridir.

İşə qəbul prosesinin növbəti mərhələyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaq.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə